“Azərbaycanda rəqəmsal ticarətin inkişafı” layihəsi həyata keçirilir

2023.11.30 12:35 (UTC+04:00)

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və Dünya İqtisadi Forumu “Azərbaycanda rəqəmsal ticarətin inkişafı” layihəsini birgə həyata keçirir.

Bunu Bakıda keçirilən “InMerge Innovation Summit”də çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

Nazirin birinci müavini qeyd edib ki, layihə rəqəmsal transformasiya yolunda mühüm mərhələni təmsil edir.

E.Əliyevin sözlərinə görə, bu innovativ layihə investisiya imkanlarını genişləndirmək üçün iki innovativ konsepsiyanı birləşdirir - birbaşa rəqəmsal xarici investisiya və İnvesTech: “Süni intellekt kimi müasir həllər sayəsində investisiyaların qoyulması və onların effektiv idarə olunması prosesi sadələşəcək”.

E.Əliyev belə bir əməkdaşlığın Azərbaycanın davamlı rəqəmsal iqtisadiyyatın inkişafına sadiqliyini göstərdiyini vurğulayıb.