Azərbaycan-Moldova hökumətlərarası komissiyanın 5-ci iclası keçiriləcək

2023.11.29 17:52 (UTC+04:00)

Dekabrın 6-da Moldovada Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın beşinci iclası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, iclasla bağlı məsələlər nazir Məcnun Məmmədovun Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşü zamanı müzakirə olunub.

Tərəflər, həmçinin, iki ölkənin kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarını, bu sahələrdə imzalanan və razılaşmada olan müqavilələri, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.