Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 1723,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 49,6 faiz artaraq 692,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 faiz artaraq 89,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7,4 faiz azalaraq 284,7 min nəfər olub.
Ölkəyə gələn əcnəbilərin 72,1 faizi hava, 26,6 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bununla yanaşı, 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 27,1 faiz artaraq 1545,2 min nəfər təşkil edib.
Rusiya Federasiyasına gedən ölkə vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,6 faiz, Türkiyəyə gedənlərin sayı 20,7 faiz artıb, İrana gedənlərin sayı 13,9 faiz azalıb.
2023-cü ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,2 faizi hava, 29,3 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.