Növbəti hərracda 22 nəqliyyat vasitəsi satılıb

2023.11.29 16:51 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 22 nəqliyyat vasitəsi satılıb.

Xidmətdən verilən məlumata görə, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 145 sifariş qəbul edilib.

Hərrac rəqabətli olub. Belə ki, “Hyundai County” markalı avtobusun start qiyməti 7.500 manat olsa da, ən son təklif 31 min manata yüksəlib. İlkin qiyməti 7 min manat olan eyni markalı digər avtobus isə 27,5 min manata özəlləşdirilib.

Hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 234 435 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://bit.ly/49PZFrM linki vasitəsilə tanış olmaq olar.