Rusiya aviaşirkəti Azərbaycana uçuşları payız-qış cədvəlinə daxil edib

2023.11.29 17:20 (UTC+04:00)

Rusiyanın “Utair” aviaşirkəti Azərbaycana uçuşları payız-qış cədvəlinə daxil edib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, uçuşlar Moskva və regionlardan Bakı, Gəncə və Naxçıvana həyata keçiriləcək.

Payız-qış cədvəlində uçuşlar Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen və Ufadan Bakıya, Moskvadan isə Gəncə və Naxçıvana həyata keçiriləcək.