“Son dövrlər ölkəmizin bank, maliyyə xidmətləri davamlı şəkildə rəqəmsallaşır və nəticədə insanlar daha sürətli və asan ödəniş vasitələrinə üz tuturlar”.
Bu fikri Mərkəzi Bankın baş direktoru Fərid Osmanov ödənişlərin təhlükəsizliyi ilə bağlı keçirilən təlimdə səsləndirib. Onun sözlərinə görə, 2023-cü ilin ilk 10 ayında nağdsız ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb: "Artıq insanlar təsərrüfat subyektlərində gündəlik apardıqları ödənişlərdə rəqəmsal əməliyyatlara daha çox üstünlük verirlər. Təbii ki, rəqəmsallaşma müəyyən risklər formalaşdırır. Rəqəmsallaşma genişləndikcə məlumatların ələ keçirilməsi vasitəsilə dələduzluq halları müşahidə ediLİr. Mərkəzi Bank belə hallara qarşı dövlət qurumları, həmçinin banklarla qarşılıqlı fəaliyyətdədir".