Sürtkü yağlarının istehsalı artıb

2023.11.29 10:48 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 49,7 min ton sürtkü yağları istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 53,4 faiz və ya 17,3 min ton üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin sentyabr ayı ilə müqayisədə oktyabrda istehsal həcmində 2,1 faiz və ya 100 ton artım qeydə alınıb.

Oktyabr ayında 4,9 min ton sürtkü yağları istehsal olunub. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 4 min ton təşkil edib.