Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Nazirlər Kabinetinin sədr müavini Batır Amanov və həmkarları ilə görüşdə ölkələrimizin energetika sahəsində tərəfdaşlığının gündəliyində olan məsələləri müzakirə etdik:
– Enerji mübadiləsi üzrə əməkdaşlığın mövcud vəziyyəti;
– “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və Türkmənistan yataqlarında SOCAR-ın iştirak imkanları.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.