Azərbaycan-Türkmənistan əməkdaşlığının şaxələndirilməsi üçün əlverişli imkanlar mövcuddur

2023.11.28 15:51 (UTC+04:00)

Türkmənistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə ölkələrimizin əlaqələrinin güclənməsinin səmərəli nəticələri barədə müzakirə apardıq.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

"İki ölkənin malik olduğu zəngin potensiala uyğun olaraq, əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd etdik", - nazir əlavə edib.