Azərbaycan-Türkmənistan ticarət əlaqələrinin təşviqi müsbət nəticələr verir. 2023-cü ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 88%-dən çox, son 2 ildə isə təxminən 10 dəfə artıb.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
"Türkmənistan – Azərbaycan biznes forumunda ölkələrimizin işgüzar dairələrini bu dinamikanın dayanıqlı olmasına töhfə verməyə, qarşılıqlı investisiya layihələrini dəyərləndirməyə və fəal əməkdaşlığa dəvət etdik", - nazir əlavə edib.