Azərbaycan və Türkmənistan əlaqələrin möhkəmləndirilməsi üçün imkanları müzakirə ediblər

2023.11.28 11:10 (UTC+04:00)

Azərbaycan və Türkmənistan dövlət başçılarının siyasi iradəsi və münasibətlərin inkişafına verdikləri önəm tərəfdaşlığın genişlənməsində əsas hərəkətverici qüvvədir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat verib.

"Türkmənistana işgüzar səfər çərçivəsində Prezident cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq və əlaqələrin bütün sahələr üzrə möhkəmləndirilməsi üçün imkanları nəzərdən keçirdik", — nazir əlavə edib.