“Mingəçevir Tekstil”in iplikləri Türkiyə, Rusiya və Ukraynaya ixrac edilir

2023.11.28 10:16 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində olan Mingəçevir Sənaye Parkının rezidenti “Mingəçevir Tekstil” MMC-nin istehsal etdiyi ipliklər Türkiyə, Rusiya və Ukraynaya ixrac edilir. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Mingəçevir Tekstil” MMC-nin direktoru Əli Əsədov deyib.

“Mingəçevir Tekstil” MMC-nin əsas sifarişçisi olan “MKT İK” MMC-nin Satış departamentinin rəhbəri Mələk Məmmədova bildirib ki, xarici ölkələrə, əsasən, iplik və mahlıc ixrac edirlər. O, bu sahədə rəqabətin güclü olduğunu vurğulayıb.

Qeyd edək ki, “Mingəçevir Tekstil” MMC-nin əsas sifarişçisi “MKT İK” MMC-dir. İpliklərin satışını da “MKT İK” MMC həyata keçirir.

Müəssisə “MKT” İK MMC ilə 2021-ci ildən davam edən xidməti müqavilə əsasında əməkdaşlıq edir. İstehsal üçün tələb olunan xammal və taranı “Mingəçevir Tekstil”ə “MKT İK” MMC göndərir.