Hesabatın vaxtında təqdim olunmamasına görə maliyyə sanksiyası

2023.11.28 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.9-cu maddəsinə əsasən, hesabatın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim edilməməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq olunması nəzərdə tutulub. Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına uyğun olaraq, ölkələrarası hesabatın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim olunmamasına görə maliyyə sanksiyasının məbləği 500 manatdan 10.000 manatadək artırılıb.

Əsas: Vergi Məcəlləsinin 57.1-2-ci maddəsi