27-28 noyabr tarixlərində Aşqabadda Türkmənistan-Azərbaycan biznes forumu keçiriləcək.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Türkmənistan mətbuatına istinadən xəbər verir ki, həmin günlərdə Türkmənistan-Azərbaycan Hökumətlərarası Komissiyasının yeddinci iclası da baş tutacaq.
Tədbirlərdə neft-qaz, əczaçılıq, toxuculuq sənayesi, kənd təsərrüfatı və qida, tikinti və tikinti materiallarının istehsalı, nəqliyyat və logistika sahələrində fəaliyyət göstərən şirkətlər iştirak edəcək.
Bununla yanaşı, iki ölkənin işgüzar dairələrinin nümayəndələri arasında bir sıra görüşlərin və danışıqların keçirilməsi planlaşdırılır. Forumun sonunda müvafiq sənədlərin imzalanması gözlənilir.