Oktyabrda minik avtomobillərinin istehsalı 58 faizdən çox artıb

2023.11.27 10:16 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 2376 ədəd minik avtomobili istehsal olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə avtomobil istehsalı 45,4 faiz və ya 742 ədəd artıb.

Cari ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda istehsal həcmində 58,3 faiz artım qeydə alınıb. Oktyabr ayında ölkədə 266 ədəd minik avtomobili istehsal olunub. Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı 485 avtomobil təşkil edib.