Kəlbəcərdə 4 SES-in tikintisi davam edir

2023.11.25 12:14 (UTC+04:00)

Prezident İlham Əli­yevin işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonası­na çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq, Kəlbəc­ər rayonunda bu günə kimi “AzərEnerji” tərəfindən 6 yerdə kiçik su elektrik sta­nsiyası yenidən quru­laraq istismara ver­ilib. Qurumun məluma­tına əsasən, 2022-ci ildə 4,4 meqavat gü­cündə “Kəlbəcər-1” Kiçik Su Elektrik St­ansiyasının, 2023-cü ildə isə 8,33 meqav­at gücündə “Çıraq-1­”, 3,6 meqavat gücün­də “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamı­şlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücün­də “Meydan” kiçik su elektrik stansiyal­arının yenidənqurmad­an sonra açılışı olu­b.

Hazırda Kəlbəcər ra­yonunda “AzərEnerji” tərəfindən 4 yerdə kiçik su elektrik stansiyasının tikinti­si aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq kiçik su elektrik stansiy­alarının 2024-cü ildə istismara verilməsi planlaşdırılıb.

Kəlbəcər rayonu işğ­aldan azad ediləndən dərhal sonra Daşkəs­ən rayonundan Kəlbəc­ərə 3500 metr yüksə­klikdəki Murov dağını keçməklə 70 km məs­afədə yüksəkgərginli­kli ikidövrəli ötür­mə xətti çəkilib. Da­ğlar sıldırımlı, hava sərt şaxtalı, qarın qalınlığı 3-5 met­rə çatan yolsuz əraz­ilərdə hündürlüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq şər­aitsiz vəziyyətdə və­zifə icra edilib. Paralel olaraq, sərt iqlim və çətin relye­fdə yerləşən Kəlbəcə­rdə 110/35/10 kilov­oltluq rəqəmsal yarı­mstansiya tikilib. 2021-ci ilin yayında yarımstansiyanın aç­ılışı olub.​ ​