Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədən 46,1 milyon ABŞ dolları dəyərində 63,8 min tondan çox xurma ixrac edilib.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə dəyər olaraq 3,9 faiz və ya 1,73 milyon dollar, həcm olaraq isə 8 faiz və ya 4,72 min ton çoxdur.
Cari ilin sentyabr ayına nisbətdə isə oktyabrda xurmanın ixrac dəyəri 15,8 dəfə və ya 27,6 milyon dollar, həcmi isə 15,7 dəfə və ya 38,38 min ton artaraq müvafiq olaraq 29,5 milyon dollar və 40,9 min ton təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin ilk 10 ayında xurmanın ümumi ixracda xüsusi çəkisi 0,16 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,7 faizə bərabər olub.