Bu ilin yanvar-oktyabr aylarında milli ödəniş sistemləri (AZİPS, XÖNKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 544,65 milyard manat, sayı isə 109,79 milyon ədəd təşkil edib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünə nisbətdə aparılan əməliyyatların məbləğində 2,2 dəfə, sayında isə 43 faiz artım qeydə alınıb.
Cari ilin sentyabr ayına nisbətdə isə oktyabrda aparılan əməliyyatların ümumi həcmi 9,8 faiz artaraq 85,63 milyard manat, sayı isə 11,3 faiz artaraq 13,38 milyon ədəd təşkil edib.
Qeyd edək ki, cari ilin ilk 10 ayında AZİPS vasitəsilə 1,66 milyon əməliyyat üzrə 504,06 milyard manat, XÖNKS vasitəsilə 107,64 milyon əməliyyat üzrə 39,68 milyard manat, AÖS ilə isə 479,2 min əməliyyat üzrə 900,9 milyon manat həcmində ödəniş həyata keçirilib.