Azərbaycan-UNECE əməkdaşlığının prioritet istiqamətləri barədə müzakirələr aparılıb
2023.11.23 19:53 (UTC+04:00)
Bakıda SPECA Həftəsi çərçivəsində BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan ilə Azərbaycan - UNECE əməkdaşlığının prioritet istiqamətləri və gündəlikdə olan məsələlər barədə müzakirələr apardıq:
- Ticarət, innovasiya və dövlət-özəl tərəfdaşlığının təşviqi;
- SPECA regionu çərçivəsində əlaqələrin perspektivləri;
- SPECA Fondunun yaradılması istiqamətində aparılan işlər;
- Transxəzər dəhlizinin rəqəmsallaşdırılması üçün yol xəritəsinin reallaşdırılması imkanları.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında yazıb.
