Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə iyunun 24-dən başlayan "Sığorta həftəsi" çərçivəsində İcbari Sığorta Bürosu, Azərbaycan Sığortaçılar Assosiasiyası və sığorta şirkətləri ilə birgə bu sahədə ictimai savadlılığın artırılması məqsədilə müxtəlif səpkili maarifləndirici görüşlərin və tədbirlərin təşkil edilməsi, eyni zamanda sayca 9-cu olan "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" adlı Beynəlxalq Sığorta Forumunun keçirilməsi nəzərdə tutulub. Forumda yerli sığorta bazarının imkanları və perspektivləri, qlobal aləmdə baş verən yeniliklər və trendlər haqqında müzakirələr aparılacaq.
Forum çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət, Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası arasında əməkdaşlığa dair birgə memorandumun imzalanması planlaşdırılıb.
"Sığorta həftəsi"ndə sektorda fəaliyyət göstərən mütəxəssislər üçün xarici ekspertlər tərəfindən seminar keçiriləcəkdir.