İqtisadiyyat nazirinin müavini Siyəzən şəhərində vətəndaşları qəbul edəcək

2023.11.23 17:22 (UTC+04:00)

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov 28 noyabr 2023-cü il tarixdə Siyəzən şəhərində (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 90 - Heydər Əliyev Mərkəzi) Siyəzən və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək.

Qəbula gəlmək istəyən Siyəzən və Şabran rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.