Səyyar vergi yoxlaması nə zaman təxirə salına bilər?

2023.11.24 09:45 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsi ilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək səyyar vergi yoxlaması 9 aydan gec olmamaqla dayandırılır.

Əsas: Vergi Məcəlləsinin 38.7.4-1-ci maddəsi