Son 20 ildə ümumi investisiyalar 300 milyard dollardan çox olub

2023.11.23 11:42 (UTC+04:00)

Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar sərf edilib. Gələn il üçün 2,4 milyard dollar ayrılması nəzərdə tutulur.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA Rəhbər Şurasının 18-ci iclasında deyib.

Nazir bildirib ki, son 20 ildə ümumi daxili məhsul 4 dəfə, büdcə gəlirləri 30 dəfədən çox, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb: “Hazırda Azərbaycanın birbaşa xarici borcu ÜDM-in 10 faizi civarındadır. Azərbaycanın valyuta ehtiyatları birbaşa xarici borcunu 10 dəfə üstələyir. Son 20 ildə ümumi investisiyalar 300 milyard dollardan çox olub, bunun 190 milyard dolları qeyri-enerji sektoruna qoyulub”.

AZƏRTAC