Azərbaycanın ən böyük xam pambıq yağı istehsalçısı 3000 ton məhsul ixrac edib

2023.11.23 10:15 (UTC+04:00)

Azərbaycanın ən böyük xam pambıq yağı istehsalçısı olan Şirvan yağ emalı zavodu ötən mövsüm ərzində (2022-ci ilin oktyabr-2023-cü ilin mart ayları) 3300 ton pambıq yağı istehsal edib.

Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına məlumatı “MKT İK” MMC-nin Satış departamentinin rəhbəri Mələk Məmmədova verib. Onun sözlərinə görə, istehsal edilmiş yağın 3000 tonu ixrac edilib. Əsas ixrac ölkələri isə Türkiyə, Orta Asiya ölkələri, Suriya və s. olub. Bu ölkələr həmin yağı xammal olaraq alırlar.

Yeni mövsümdə də (2023-cü ilin oktyabr-2024-cü ilin mart ayları) son mövsümdə olduğu qədər xam pambıq yağı istehsal və ixrac etmək nəzərdə tutulur.