İlin sonunadək Bakıətrafı qəsəbələrdə 10 mindən çox su sayğacı quraşdırılacaq

2023.11.22 17:43 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında “Azərsu” ASC tərəfindən 120 min ədəd sayğac quraşdırılıb.

ASC-dən verilən məlumata görə, abonentlərin 89,5 faizi sayğacla təmin olunub, əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,3 faiz, qeyri-əhali qrupu üzrə isə 96,5 faiz təşkil edir.

Hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Bakıətrafı qəsəbələrdə yerləşən həyət evlərində su sayğaclarının quraşdırılması işləri aparılır. Cari ilin sonunadək 10 mindən çox sayğacın quraşdırılması nəzərdə tutulub.