Laçında peyk internet platforması quraşdırılıb

2023.11.22 16:43 (UTC+04:00)

Laçında “Azconnexus” platforması üzərindən internet xidmətlərini təmin etmək məqsədilə ilk KA diapazonlu anten quraşdırılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, məqsəd dağlıq relyefə malik olan Laçın rayonu ərazisində peyk interneti sayəsində müasir rəqəmsal xidmətlərə əlçatanlığı təmin etmək və telekommunikasiya sahəsini inkişaf etdirməkdir.

Ənənəvi peyk tezlik diapazonlarından daha yüksək ötürmə qabiliyyətinə malik olan KA diapazonu çox kiçik ölçülü antenlər üçün əlverişli əhatə dairəsi yaradır. Bu da internet xidməti provayderləri və telekommunikasiya operatorlarına ucqar və dağlıq ərazilərdə öz şəbəkələrini genişləndirməyə imkan verəcək.