Bu ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 325 170 texniki pasport tərtib edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,7 faiz çoxdur.
Xidmətdən verilən məlumata görə, hesabat dövründə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı 2022-ci ilin yanvar-oktyabr aylarının göstəricisinə nisbətdə 16,9 faiz artaraq 67 853 təşkil edib.