Bu ilin yanvar-oktyabr ayları ərzində 406 mindən çox çıxarış verilib

2023.11.22 11:39 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində 406 180 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz çoxdur. Cari ilin ilk 10 ayı üzrə göstəricinin 63 516-sı (16 faizi) ilkin, 342 664-ü (84 faiz) isə təkrar qeydiyyatın payına düşüb.

Hesabat dövründə mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 45 141-i fərdi yaşayış və bağ evi, 79 589-u mənzil, 271 939-u torpaq sahəsi, 2 660-ı qeyri-yaşayış binası, 6 163-ü qeyri-yaşayış sahəsi, 601-i əmlak kompleksi, 87-si isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 83 904-ü Bakının, qalanı isə bölgələrin payına düşür.