Ötən ay 2,2 min tondan çox kərə yağı istehsal olunub

2023.11.22 16:13 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 22 439,7 ton kərə yağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 8,1 faiz və ya 1 691,5 ton üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin sentyabr ayı ilə müqayisədə oktyabrda istehsal həcmində 2,6 faiz və ya 57,1 ton artım qeydə alınıb.

Oktyabr ayında 2 221,7 ton kərə yağı istehsal olunub.

Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 109,3 ton təşkil edib.