Bu ilin yanvar-oktyabr aylarında magistral qaz kəmərləri ilə 32 963,9 milyon kubmetr qaz nəql edilib ki, bu da bir il öncəki eyni göstəricini 1,256.8 milyon kubmetr və ya 4 faiz üstələyir.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, qaz nəqlinin 55,2 faizi və ya 18 209,8 milyon kubmetri Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib ki, bu da illik ifadədə 6,7 faiz çoxdur.