Rusiya Azərbaycan üzərindən meşə məhsulları ixrac edib

2023.11.21 15:30 (UTC+04:00)

Rusiya Federasiyasının Komi Respublikasından “Luzalesa” ağac sənayesi müəssisəsinin məhsullarının Ərbilə (İraq) daşınması təşkil edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı “Transkonteyner” ASC-yə istinadən xəbər verir ki, yükdaşıma Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb qolu ilə təşkil olunub.

Yüklər Azərbaycan və İran ərazisindən keçib. Cari ilin yanvar-oktyabr ayları ərzində 5 konteyner qatarı (600 TEU) yola salınıb.