“SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda keçirilən iqtisadi forumda Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişaf hədəflərinin reallaşdırılması üçün səmərəli əməkdaşlıq imkanlarını nəzərdən keçirdik.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.
"Azərbaycanın əlverişli coğrafi mövqeyinin, zəngin potensialının, Xəzər dənizinin regionun iqtisadi artımı və tranzit qovşağının inkişafı üçün faydaları, yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi, ticarət əlaqələrimizin gücləndirilməsi üçün birgə təşəbbüslər, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən innnovativ inkişaf modeli, Orta Dəhlizin qlobal əhəmiyyəti barədə müzakirələr apardıq. Ölkəmizin regional iqtisadi əməkdaşlığa və etibarlı tərəfdaşlığa sadiqliyini vurğuladıq", - nazir bildirib.