Hazırda SPECA Fondunun yaradılması üzərində işləyirik.
Bunu Bakıda SPECA Həftəsi çərçivəsində keçirilən “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda iqtisadi forumda BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin deyib.
"Ümid edirəm ki, SPECA Fonduna daxil olacaq vəsait faydalı işlərə, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün yönəldiləcək", - deyə D.Mariyasin qeyd edib.
AZƏRTAC