Ölkə əhalisinə 9 milyard manatlıq ödənişli xidmət göstərilib

2023.11.21 11:56 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15,3 faiz artaraq 9 087,1 milyon manat olub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6 895,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 faizini təşkil edib.

Cari ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 895,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 177,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.