Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda SPECA Həftəsi çərçivəsində keçirilən “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda iqtisadi forumda bildirib.
Nazir Azərbaycanın 30 il müddətində suverenliyinin pozulmasından əziyyət çəkdiyini vurğulayıb: “Hazırda Azərbaycan azad edilmiş ərazilərə investisiya yatırır. Özbəkistan azad edilmiş ərazilərdə məktəb inşa edib və digər ölkələrin fəaliyyətini yüksək qiymətləndiririk".