Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramının (SPECA) Həftəsi çərçivəsində “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda iqtisadi forum keçirilir. SPECA-nın fəaliyyətinin 25 illiyi ilə əlamətdar olan bu mötəbər tədbir Mərkəzi Asiya ölkələri arasında iqtisadi tərəfdaşlığın və səmərəli əməkdaşlığın daha da yüksək səviyyəyə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.