İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 151:2023 “Pambıq mahlıcı. Texniki şərtlər”, AZS 156:2023 “Xam pambıq. Zibilliyin təyin olunma metodları” yeni dövlət standartları qəbul edilib.
İnstitutdan verilən məlumata görə, yeni dövlət standartları pambıqçılıq sahəsində xam pambığın xarici görünüşü və lifin mikroneyr (həmçinin qırılma yükü) göstəricilərindən asılı olaraq yığım, təhvil, qəbul, həmçinin seleksiya və sənaye növləri üzrə komplektləşdirilmə təhlükəsizliyinin, o cümlədən respublikada pambıq materiallarının keyfiyyətinin yüksəldilməsinin (istehsal, idxal, ixrac və istehlak bazarına buraxılmasını) təmin edilməsi məqsədilə qəbul edilib.
Yeni dövlət standartları Texniki Komitə (AZSTAND:TK 38) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bu standartlar qəbul edildikdən sonra AZS-151:2005 və AZS-156:2005 standartları qüvvədən düşüb.