Dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 1,3 dəfə artıb

2023.11.20 17:36 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində 2868 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 693-ü qeyri-yaşayış, 2175-i isə torpaq sahələrinə dair olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən bu ilin 10 ayı ərzində dövlət büdcəsinə 27,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artıb.