“Azexport” portalı tərəfindən İndoneziyaya ixrac üçün sərbəst satış sertifikatları təqdim edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, sertifikat Azərbaycanda istehsal olunan on adda meyvə şirəsi və spirtsiz içkilərin bu ölkələrə ixracı üçün nəzərdə tutulub.
Sərbəst satış sertifikatı ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Qeyd edək ki, ümumilikdə 2018-ci ilin aprel ayından 2023-cü il sentyabr ayınadək 684 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının Amerika, Asiya, Okeaniya, Avropa və Körfəz ölkələrinə ixracını asanlaşdırıb.