BTC kəməri ilə neft nəqli 3 faiz artıb

2023.11.20 10:12 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində magistral neft kəmərləri ilə 33 108,4 min ton neft nəql edilib ki, bu da bir il öncəki eyni göstəricini 6,8 faiz üstələyir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, nəqletmənin 76 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin ilk 10 ayı ərzində bu kəmər vasitəsilə 25 172,5 min ton neft ötürülüb. Bu ötən ilin eyni dövrünün göstəricisindən 3 faiz çoxdur.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 83 faizini və ya 20 902,2 min tonunu Azərbaycanda hasil edilən neft, 17 faizini və ya 4 270,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.