Vergi ödəyicilərinə xidmət sektorunun təkmilləşdirilməsi Dövlət Vergi Xidmətinin (DVX) prioritet hesab etdiyi istiqamətlərdən biridir. Bu baxımdan, vergi ödəyicilərinə xidmət mərkəzlərinin işinə və burada fəaliyyət göstərən əməkdaşların hazırlığının daim yüksəldilməsinə xüsusi önəm verilir.
Cari ilin noyabr-dekabr aylarında DVX-nin vergi ödəyicilərinə xidmət strukturlarında çalışan 200-ə yaxın əməkdaş üçün “Müştəri yönümlü xidmət mədəniyyəti” adlı təlimlər təşkil edilir. Təlimdə əməkdaşlara xidmət zamanı müştəri psixologiyası, işgüzar etika, ilk təəssüratın yaradılması, müştəri ilə ünsiyyətin əsas prinsipləri, verbal və qeyri-verbal ünsiyyət barədə təqdimat edilir. İştirakçılara, həmçinin, xidmətin düzgün təqdimatı, məlumatın yığılması, müştəri ilə danışıq prosesinin sürətləndirilməsi (vaxta qənaət), dinləmə və izahetmə bacarıqları, xidmət zamanı stress yaradan faktorlar, stressin və münaqişəli fəaliyyətlərin idarə edilməsi və s. ilə bağlı ətraflı məlumat verilir.
Təlim Dövlət Vergi Xidməti tərəfindən dəvət edilmiş peşəkar təlimçilər tərəfindən aparılır.