İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən Tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) növbəti iclası keçirilib.
İnstitutdan verilən məlumata görə, görüşdə AZS EN 13279-1:2023 “Gips bağlayıcılar və gips suvaqları – 1-ci hissə: Təriflər və tələblər” və AZS EN 13279-2:2023 “Gips bağlayıcılar və gips suvaqları - Hissə 2: Sınaq metodları” və TS EN 206+A2:2021-04 əsasında hazırlanmış standartın, o cümlədən AZS ГОСТ 10180- 2012 “Betonlar. Yoxlama nümunələri əsasında möhkəmliyin təyini üsulları”, AZS ГОСТ 7473-2010 “Beton qarışıqları. Texniki şərtlər” və AZS ГОСТ 5180-84 “Qruntlar. Fiziki xüsusiyyətlərin laboratoriya şəraitində təyini üsulları” milli standartlarının layihələri müzakirə edilib.