Ötən ay 10 milyon dollarlıq nar ixrac edilib

2023.11.16 18:30 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədən 20,3 milyon ABŞ dolları dəyərində 17,5 min tondan çox nar ixrac edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəriciləri ilə müqayisədə dəyər olaraq 75,9 faiz və ya 8,76 milyon dollar, həcm olaraq isə 2,1 dəfəyədək və ya 9 min ton çoxdur.

Cari ilin sentyabr ayına nisbətdə isə oktyabrda narın ixrac dəyəri 4,5 dəfə və ya 7,76 milyon dollar, həcmi isə 5,3 dəfə və ya 7,76 min ton artaraq müvafiq olaraq 9,98 milyon dollar və 9,55 min ton təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin ilk 10 ayında narın ümumi ixracda xüsusi çəkisi 0,07 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,75 faizə bərabər olub.