Aset Asavbayev: “Artıq Zəngilandan keçən dəhlizə tələbat var”

2023.11.16 15:25 (UTC+04:00)

2030-cu ilədək “Qırmızı Körpü” gömrük-sərhəd məntəqəsinin buraxılış qabiliyyətinin 3 dəfə artacağını proqnozlaşdırmaq olar ki, bu da alternativ marşrutların inkişafının vacibliyini bir daha önə çəkir.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda Zəngilanda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxış edərkən TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Aset Asavbayev deyib.

Onun sözlərinə görə, artıq Zəngilan üzərindən dəhlizin açılmasına tələbat var. “Beynəlxalq avtomobil daşımalarına diqqət yetirmək istərdim, çünki bu sahə sərhədlərdə tıxaclara ən çox həssasdır və alternativ marşrutların işlənməsini tələb edir. Zəngilandan keçən marşrut məhz belə bir marşrut ola bilər"- A.Asavbayev qeyd edib.