Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 9,3 faiz və ya 444,1 milyon ABŞ dolları artaraq 5,2 milyard dolları ötüb.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 10 ayında Azərbaycandan MDB ölkələrinə 1,33 milyard dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 3 faiz və ya 38,5 milyon dollar çoxdur.
MDB ölkələrindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 11,7 faiz və ya 405,58 milyon dollar artaraq 3,86 milyard dolları üstələyib.
Cari ilin yanvar-oktyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 11,96 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,68 faiz bəndi çoxdur.