İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində təsbit edilib ki, beynəlxalq yük daşınması ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilir. Buna əsasən, qeyd olunan xidmətlərin dəyəri elektron qaimə-fakturanın “o cümlədən, ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri” sütununda göstərilir.
Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 165.1.4-cü maddələri və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydası”