Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun maliyyə menecerlərinin iştirakı ilə növbəti Beynəlxalq Sammiti uğurla başa çatıb. “vergiler.az” xəbər verir ki, Sammitdə Azərbaycanı Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) üzvləri təmsil ediblər.
Avropa və MDB-nin beynəlxalq peşəkar mühasibat təşkilatlarının, aparıcı şirkətlərinin nümayəndələri, mühasibat, vergi, investisiya, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssisləri, mühasiblər və maliyyə menecerləri üçün nəzərdə tutulan toplantıda maliyyəçilər üçün davamlı inkişaf proqramına uyğun mövzular müzakirə olunub.
Sammit çərçivəsində mühasib və maliyyəçi peşəsi, eləcə də iqtisadiyyatın inkişafına töhfə verən, mühasiblərin nüfuzunun yüksəldilməsində rolu olan şirkətlər və maliyyəçilərə 14-cü Beynəlxalq LUCA mükafatının təqdimat mərasimi keçirilib. APFM-nin korporativ üzvləri olan nüfuzlu təşkilatların nümayəndələri də müxtəlif nominasiyalar üzrə “LUCA 2023" mükafatı ilə təltif olunublar. Maliyyə peşəsinin inkişafina verdiyi töhfəyə görə Rauf Orucov və Rəşad Əsgərov, “İlin maliyyə direktoru” kimi Atif Səmədov, “İlin şirkəti” kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “İlin maliyyə meneceri” "Best Financial Manager" mükafata layiq görülüblər. “İlin baş mühasibi” İlqar Mehrabov, “İlin mühasibi” isə Rüfət Əkbərov seçilib.