Aqrar sektorda 65,5 milyon manat məbləğində güzəştli kredit verilib

2023.11.15 17:07 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 6099 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Aqrar Tədqiqatlar Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk 10 ayında aqrar sektorda fəaliyyət göstərən 3321 fiziki və hüquqi şəxsə 65,54 milyon manat məbləğində güzəştli kredit verilib. 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətdə güzəştli kredit alanların sayı 6,8 faiz (242 nəfər) azalsa da, kredit məbləği 16,6 faiz (9,34 milyon manat) artıb.

Verilən kreditlərin 46,67 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 925 min manatı güzəştli kreditlər, 17,94 milyon manatı isə mikrokreditlərdir.