Özbəkistanla ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsi nəzərdən keçirilib

2023.11.14 16:26 (UTC+04:00)

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov ilə ölkələrimizin iqtisadi əməkdaşlığının gündəliyində olan məsələləri nəzərdən keçirdik:

– Ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsi;

– Özbəkistanla ticarət-iqtisadi və investisiya üzrə əməkdaşlığa dair Yol Xəritəsinin icrası;

– Birgə istehsalın, energetika və sənaye sahəsində tərəfdaşlığın təşviqi.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.