Vergi ödəyicilərinə 335 minə yaxın Asan İmza sertifikatı verilib

2023.11.14 14:51 (UTC+04:00)

2023-cü ilin yanvar-oktyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 542.447 şəxs qəbul edilib və onlara 966.389 sayda xidmət göstərilib ki, bunlardan 260 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 226 minə yaxını isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.

Ümumi elektron xidmətlərin 88,2 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

Yanvar-oktyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 25 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 9,8 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 568 minə yaxın SMS göndərilib. Dövr ərzində 2.600 vergi ödəyicisinin iştirakı ilə 224 görüş keçirilib, 4.262 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

İlin əvvəlindən 218.812 müraciət üzrə 334.969 Asan İmza sertifikatı verilib. 17,2 mindən çox vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.